göbək çıxartmaq

to bust a gut to do smth. / to bust one’s treeches / to sweat one’s guts out пуп надрывать / пупок рвать (работать до истощения сил)
göbək bağlamaq
göbək kəsdi
OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü ana bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50–70 sm və daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuş uşaqda 2 sm olur. Onun xarici qişası və ya örtüyü hamar və bir qədər parıltılıdır. Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.